29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İtaliyada azarkeşlər yanan məşəllərlə futbolçulara hücum ediblər - VİDEO

02.06.2023

İtaliya B Seriyasının pley-out mərhələsində keçirilmiş "Breşiya” - "Kosenza” cavab oyununda insident baş verib.

"DM"xəbər verir ki, bu, 90+7-ci dəqiqədə yaşanıb.

90+5-ci dəqiqədə qonaqlar bərabərlik qolunu vurublar və bu, "Breşiya”nın B Seriyası ilə vidalaşması anlamına gəlib.

Nəticədən narazı qalan yerli fanatlar futbolçulara məşəllər atıblar.

Meydan sahiblərinin "ultras”larının yer aldığı sektor "Kosenza”nın qapısının arxasında olub. "Breşiya” oyunçuları hücum zamanı rəqibin meydançasına çatanda tribunadan yanan məşəllər atılıb. Bəzi azarkeşlər meydana çıxaraq futbolçulara hücum ediblər. Hakim oyunçuları meydandan çıxarıb.

İlk oyunda 0:1 uduzan "Breşiya” evdəki 1:1 hesablı heç-heçə ilə B Seriyasında mövqeyini itirib.