28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə parlamentinin yeni tərkibdə ilk iclası başlayıb, Ərdoğan iştirak edir

02.06.2023

İyirmi səkkizinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclası başlayıb.

"DM”-nın xəbərinə görə, toplantıya ən yaşlı deputat olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı sədrlik edir.

TBMM-in keçmiş sədri Mustafa Şəntop artıq səlahiyyətlərini D.Bağçalıya təhvil verib. Yeni spiker seçilənədək qanunverici orqana MHP sədri rəhbərlik edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda iştirak edir.

Toplantıda yeni seçilən deputatlar and içəcəklər.

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezidenti seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya 43 deputat yeri qazanıb.