28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sahil Babayev: "Dövlət sektorunda layiqli əmək haqqının verilməsi getdikcə çətinləşəcək"

02.06.2023

Azərbaycanda dövlət sektorunda layiqli əmək haqqının verilməsi getdikcə çətinləşəcək.

"DM" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyin edilməsi layihəsinin müzakirəsi zamanı deyib.

"Dövlət sektorunu limitsiz artıraraq böyük bir yükü növbəti dövrlərə daşımağımız onunla nəticələnəcək ki, dövlət sektorunda layiqli əmək haqqının verilməsi getdikcə çətinləşəcək", - nazir bildirib.

S. Babayevin sözlərinə görə dövlət sektorunda daim optimallaşma aparılmalıdır: "Bu gün də bu optimallaşdırma aparılır. Amma bu həmin şəxslərin işsiz qalması ilə nəticələnməli deyil. O şəxslər üçün fərdi məşğulluq proqrmaları həyata keçirilməlidir".