28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN Akademiyasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib - FOTO

02.06.2023

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının yaradılmasının 15 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib.

"Report” xəbər verir ki, mərasimdə FHN-in rəhbər şəxsləri, ölkədə fəaliyyət göstərən xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbərləri, akademiyanın professor-müəllim heyəti, kursantlar və onların valideynləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər, sonra Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev akademiyanın əməkdaşları və kursantlarını yubiley münasibətilə təbrik edib.

E.Mirzəyev Azərbaycanın Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan dədə-baba torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad olunduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə xatırladıb.

Nazir müavini bildirib ki, Prezidenti İlham Əliyevin 2 iyun 2008-ci il tarixli Sərəncamı ilə yaradılan akademiyanın ötən müddət ərzində ən müasir tələblərə cavab verən maddi-texniki bazası yaradılıb, güclü pedaqoji heyət formalaşdırılıb, kursantların tədris və təlimi, sosial-məişət şəraiti yüksək səviyyədə təmin edilib:

"Ötən illər ərzində təhsil ocağının fövqəladə hallarla mübarizə sahəsində zəngin biliklərə yiyələnmiş 1 130 nəfər məzun buraxılışı olub. 2016-cı ildən isə akademiyada qiyabi təhsil də təşkil olunub”.

E.Mirzəyev ölkə başçısı tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğının, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisi olduğunu vurğulayıb.
Daha sonra FHN Akademiyasının rəisi general-mayor Baba Salayev çıxış edərək ali təhsil müəssisəsinin tarixindən və fəaliyyətindən söz açıb, əldə edilmiş nailiyyətlərdən danışıb.

Akademiyanın məzunları adından ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmiş ilk məzun olan kapitan Fuad Mirqulamlı və məzun, qazi mayor Süleyman Heydərov çıxış edərək sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonra tədbirdə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə akademiyanın bir qrup əməkdaşının təltif olunması barədə fövqəladə hallar nazirinin əmri oxunub.

Mərasimdə tədbir iştirakçılarının Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevə ünvanlanmış müraciəti səsləndirilib.

Mərasim FHN-in şəxsi heyətinin təntənəli keçidi ilə başa çatıb.