06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azad edilən ərazilərdə ötən ay daha 590 mina aşkarlanıb

02.06.2023

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Xocalı, Kəlbəcər, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 231, tank əleyhinə 359 mina və 1520 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 3 551, 86 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.