06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hacıqabulda toyda qardaşları bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

02.06.2023

Hacıqabul şəhərində iki qardaşı bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Mehman Rzayevin münaqişə zəminində Elşən Quliyevə və qardaşı Amid Quliyevə xəsarət yetirməsi müəyyən edilib. 

Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

09:06
Hacıqabulda toyda 2 qardaş bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Toy şənliyində baş verən mübahisə zamanı Hacıqabul şəhər sakinləri, 1989-cu il təvəllüdlü Amid Elşad oğlu Quliyev və 1985-ci il təvəllüdlü Elşən Elşad oğlu Quliyevə bir nəfər tərəfindən bıçaq xəsarətləri yetirilib. Hər iki qardaş yaralı vəziyyətdə Şirvan Xəstəxanasına yerləşdirilib. Onlardan biri əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.