05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək

02.06.2023

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə işçi qrupun iclası keçiriləcək.

Ermənistan KİV-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"İyunun 2-də Moskvada regional kommunikasiyalar üzrə işçi qrupun iclası planlaşdırılıb”, - deyə hökumət başçısı bildirib.
Qeyd edək ki, M.Qriqoryan bundan əvvəl bildirmişdi ki, işçi qrupun görüşü çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib.