05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski: “Avropa Ukraynaya köməkdə tərəddüd edir, Rusiya isə səngər qazır”

01.06.2023

"Avropa Ukraynaya kömək barədə qərar verməkdə tərəddüd edir”.

"DM” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldovanın paytaxtı Kişineuda "Avropa siyasi birliyi” 2-ci zirvə toplantısında deyib.

O bildirib ki, Avropanın tərəddüdünün davam etdiyi bir vaxtda, Rusiya hərbçiləri yeni səngərlər qazırlar.

V.Zelenski Qərbdəki müttəfiqlərini zamanın çağırışlarına cavab verməyə səsləyib.

"Rusiya hərbçiləri daha bir səngər qazır. Tərəddüdə nə qədər tez son qoysaq, bəlalardan bir o qədər effektiv xilas ola bilərik”, - dövlət başçısı bildirib.

Ukrayna liderinin sözlərinə görə, bütün bunlara baxmayaraq, Kiyevin tərəfdaşları boş dayanmırlar: "Bu, bizim təhlükəsizliyimi təmin edir”.

O, həmçinin Rusiyanın növbəti hədəfinin Moldova ola biləcəyinə eyham vurub.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.