02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş Prokurorluqda Aİ nümayəndə heyəti ilə görüş keçirilib

01.06.2023

Baş Prokurorluqda Avropa İttifaqının Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) sahəsində Risklərin Yumşaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub Şərq və Şərqi Avropa katibliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı qeyd olunan katibliyin regional koordinatoru Talqat Talubayev qəbula görə minnətdarlığını bildirərək, Kimyəvi və Bioloji Cinayətlər üzrə Prokurorun Bələdçisi təlimat kitabçasının təqdimatını keçirib.

Sözügedən Təşəbbüsün çərçivəsində ölkəmizin də qoşulduğu layihələrin gedişatı, icra vəziyyəti və əldə olunmuş nəticələr, o cümlədən KBRN ilə bağlı risklərin azaldılması sahəsində milli səviyyədə ehtiyacların qiymətləndirilməsi barədə faydalı təcrübə mübadiləsi aparılıb.