04 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saxta sənədlərlə sərhədi keçmək istəyənlər tutuldu

22.11.2018

Son günlərdə 4 İran vətəndaşının saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, noyabrın "Tehran-Bakı” aviareysi ilə Azərbaycana gələn İran vətəndaşları 1969-cu il təvəl­lüdlü Abdikord Əli Qulamrıza, 1978-ci il təvəllüdlü Ebrahim­niaom­rani Arzu Qulaməli, 2015-ci il təvəllüdlü Abdikord Afşin Əli oğlu və 2001-ci il təvəllüdlü Abdikord Afaq Əlinin sərhəd nəzarətinə təqdim etdikləri İtaliya pasportları şübhə doğurub, dərinləşdirilmiş laborator müayinə nəticəsində saxta olmaları müəyyən edilib.
Araşdırma zamanı saxlanılan şəxslərin üzərində onlara məxsus İran pasportları aşkar olunub, həmin pasportlara əsasən onların noyabrın 17-də "Tehran-İstanbul" aviareysi ilə uçmaları və bir gündən sonra geri qayıtmaları müəyyən olunub. Saxta İtaliya pasportlarını da Türkiyədən almaları ehtimal edilir.
Müvafiq araşdırmalardan sonra saxlanılan şəxslər gəldikləri istiqamətdə Azərbaycan ərazisindən deportasiya olunublar.