Ərdoğan iyunun 3-də and içəcək  
    
                          
     
                         01.06.2023
 
    
                        Türkiyə Böyük Millət Məclisi (TBMM) sabahdan fəaliyyətə başlayır.
"DM" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, Dövlət Baxçalının sədrliyi ilə 28-ci çağırış ölkə parlamentinin deputatlarının andiçmə mərasimi sabah keçiriləcək.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 iyunda and içəcəyi bildirilib.