02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İdxal olunan köhnə maşınlardan alınacaq ilkin utilizasiya rüsumunun məbləği açıqlanıb

01.06.2023

İdxal olunan köhnə avtomobillərdən alınması nəzərdə tutulan ilkin utilizasiya rüsumunun məbləği açıqlanıb.

"DM"xəbər verir ki, bu barədə "Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında məlumat verib.

O bildirib ki, istismar müddəti 1-3 il olan avtomobillərin idxalı zamanı utilizasiya rüsumu alınmayacaq.

"İstismar müddəti 4 ildən 7 ilə qədər olan idxal olunmuş avtomobillərdən 400 manat, 7 ildən artıq olan avtomobillərdən isə 700 manat rüsum alınması nəzərdə tutulur. Lakin bu rəqəmlər hələ dəqiq deyil. Bu istiqamətdə müzakirələr davam etdirilir və məbləğ dəyişə bilər" - deyə o qeyd edib.