02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib - YENİLƏNİB

01.06.2023

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda "Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.

"DM" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

Toplantı iştirakçıları birgə foto çəkdiriblər.

X X X

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda "Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilir.

"DM" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

X X X

Builki Zirvə toplantısında ümumilikdə 47 ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.

Qeyd edək ki, "Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Xatırladaq ki, "Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.


***

12:53

Azərbaycan Prezidenti İlham Əliyev Kişineuda "Avropa siyasi birliyi”nin Zirvə toplantısında iştirak üçün Mimi qəsrinə gəlib.

"DM"-nın verdiyi xəbərə görə, Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidentini qarşılayıb.