01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rumen Radev: Azərbaycan qazının Mərkəzi və Şərqi Avropaya nəqli üçün zəruri addımlar atırıq

01.06.2023

Azərbaycan təbii qazının əlavə həcminin Avropaya çatdırılması istiqamətində bütün zəruri addımlar atılır, bu istiqamətdə işlər davam etdirilir.

"DM"xəbər verir ki, Rumen Radev Kişinyovda jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin 6 ayda Bolqarıstana iki səfər etdiyini xatırladıb.

Rumen Radev xatırladıb ki, Azərbaycandan Türkiyə və Yunanıstana, Bolqarıstana, Rumıniyaya, Macarıstan və Slovakiyaya əlavə qaz miqdarının tədarükünü mümkün etmək üçün "Həmrəylik Halqası” adlı layihə mövcuddur.

"Beləliklə, biz qaz nəqli şəbəkələrimizin imkanlarını birləşdirmişik və biz indi Azərbaycan qazının Mərkəzi və Şərqi Avropaya nəqli üçün bütün zəruri addımları atırıq. Bu, Avropa İttifaqının enerji mənbələrini şaxələndirməsi və enerji təhlükəsizliyi üçün son dərəcə önəmli nailiyyətdir”, - Rumen Radev deyib.

Bolqarıstan Prezidenti əlavə edib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olduğunu sübut edib və atılan bütün praktiki addımlar bunu təsdiqləyir.