Azərbaycan Çin şirkəti ilə əməkdaşlıq imkanları barədə müzakirələr aparıb  
    
                          
     
                         01.06.2023
 
    
                        İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "Envision Energy” şirkətinin nümayəndələri ilə görüşərək əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.
Bu barədə nazir öz "Twitter” hesabında məlumat verib.
"Envision Energy” şirkətinin nümayəndələri ilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər və ölkəmizlə əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, - deyə o qeyd edib.