KİV: TBMM-nin yeni sədri Numan Kurtulmuş olacaq  
    
                          
     
                         01.06.2023
 
    
                        Türkiyə Böyük Millət Məclisinin spikeri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini Numan Kurtulmuş olacaq.
"DM" xəbər verir ki, bu barədə "Hürriyet” xəbər yayıb.
Qəzetin yazdığına görə, TBMM-nin yeni sədrinin kimliyi ilə bağlı məsələlər artıq dəqiqləşib və Numan Kurtulmuşun spiker olacağı ilə bağlı qərara gəlinib.