01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropalı şərab ekspertləri “SAVALAN”nın zavodunda - FOTO

01.06.2023

"Savalan” şərablarına xüsusi maraq göstərən Hollandiyadan olan bir qrup dünya miqyaslı tanınmış şərab və kulinariya üzrə ekspert-mütəxəssis heyəti 9-12 may 2023-cü il tarixində şirkəti ziyarət etmək məqsədilə Azərbaycana gəlib. Heyətə Amsterdamın "Okura” otelində yerləşən, menyusunda "SAVALAN” şərablarının da yer aldığı ən dəbdəbəli yapon restoranlarından biri olan iki "Michelin” ulduzlu "Yamazato”nun və eyni hoteldə yerləşən bir "Michelin” ulduzlu "Sazanka” restoranının somelyesi Menno Tol, Hollandiyanın ən nüfuzlu jurnallarından biri olan "De Telegraaf”ın şərab üzrə jurnalisti Barbara Verbeek, "Il Divino” kimi üç böyük şərab butikinə sahib olan Hollandiyanın ən məşhur şərab idxalçılarından biri Ewout Janseen, Avorpanın ən məşhur kulinariya jurnalisti Saron Van Lokhorst, Avropanın tanınmış kulinariya bloqerlərindən biri olan Jonneke de Zeeuw və digər peşəkarlar daxil olublar.

Səfərin ən əsas məqsədi və eyni zamanda yaddaqalan məqamı "SAVALAN – ASPI Winery”nin Qəbələdəki şərab zavodu oldu. Qonaqlar ilk növbədə yüksək texnologiyalar əsasında qurulan zavodu ziyarət edərək istehsalat prosesini müşahidə ediblər. Daha sonra müasir tələblərə cavab verən laboratoriya ilə yaxından tanış olublar. Mütəxəssislər şirkətin üzüm bağlarında olarkən iki çayın arasında yerləşən bu ərazinin iqlimini və coğrafi şəraitini yüksək qiymətləndiriblər. Əlbəttə ki, belə bir səfər dequstasiyasız təsəvvür edilə bilməzdi. "SAVALAN” şərablarının yüksək keyfiyyəti, onların geniş çeşidliliyi, müəssisənin müasir texnologiya ilə təchizatı, istehsalat kollektivinin peşəkarlığı qonaqların böyük marağına və heyrətinə səbəb olub.

Qonaqlar gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsini və belə qarşılıqlı səfərlərin ənənəyə çevrilməsini arzu etdiklərini bildiriblər.