01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Göyçayda qasırğanın törətdiyi fəsadlar aradan qaldırılır - FOTO

01.06.2023

Ötən gün Göyçayda qasırğanın törətdiyi fəsadlar aradan qaldırılır. Qasırğa nəticəsində rayonun Natəvan küçəsində yerləşən çoxmənzilli yaşayış binasının yararsız vəziyyətə düşən dam örtüyü ərazidən daşınır.

Göyçay Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Seymur Soltanovun AZƏRTAC-a verdiyi məlumata görə, təhlükəsizlik tədbirləri məqsədilə həmin binanın elektrik və qaz təchizatı dayandırılıb. Hazırda binanın dam örtüyünün dəyişdirilməsi üçün işlər görülür.

Şəhərə içməli suyun və təbii qazın verilişi, eləcə də elektrik naqilləri bərpa edilib, aşan elektrik dirəklərinin bəziləri qaldırılıb. Bununla da, şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilişi təmin olunub.

Kəndlərin də elektrik enerjisi ilə təmin edilməsi üçün işlər aparılır.
Şəhərin müxtəlif küçələrinə aşan irigövdəli ağaclar kəsilərək ərazidən götürülüb. Hazırda küçələrdə, prospektlərdə olan ağac budaqları təmizlənir.

Rayon fövqəladə hallar komissiyası tərəfindən şəhərə və kəndlərdə olan əkin sahələrinə, meyvə bağlarına dəyən zərər araşdırılır.