Şirvan Polis Şöbəsində saxlanılan şəxs ölüb 
    
                         
     
                         31.05.2023
 
    
                        Şirvan Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında ölüm hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölən şəxsin təcridxanada saxlanılan Siyəzən rayon sakini, 1983-cü il təvəllüdlü Əbdülrəhmanov Samir Zahir oğlu olduğu bildirilir.
Onun hansı səbəbdən öldüyü məlum deyil. Hazırda həmi şəxsin meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.