04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi vəfat edib

22.11.2018

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobov vəfat edib.
O, uzun sürən ağır xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İqor Korobov 1956-cı ilin avqustun 3-də Rusiyanın Vyazma şəhərində anadan olub. O, 1973-cü ildən Silahlı Qüvvələrdə xidmət edib.
1985-ci ildə Sovet Ordusu Hərbi Akademiyasını bitirib və Baş Kəşfiyyat İdarəsi strukturunda işləməyə başlayıb. 2016-cı ilin yanvarında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.
Xatırladaq ki, Baş Kəşfiyyat İdarəsinin İ.Korobovdan əvvəlki rəisi İqor Serqunda vəzifədə olarkən ölüb. Onun ölmü ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bəzi məlumatlara görə, İ.Sequn 2016-cı il yanvarın 1-də 58 yaşında Livanda, bir sıra mənbələrə əsasən, isə 2016-cı il yanvarın 3-də Moskva ətrafındakı bağ evində müəmmalı şəkildə ölüb. İ.Sequn 2011-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini təyin edilmişdi.