30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident vergi orqanlarına işə qəbulda dəyişikliklə bağlı fərman imzalayıb

31.05.2023

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Dəyişikliyə əsasən, aşağıdakı məzmunda 3.3-2-ci bənd əlavə edilir:

"Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya namizəd tərəfindən təmin edilir”.