05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr

22.11.2018

Xaricə səfər edən azərbaycanlıların sayı artıb. 
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki,  2018-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 4014,6 min nəfər olub. Ölkə vətəndaşlarının 32,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 19,1 faizi Rusiyaya, 12,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib.
Səfər edənlərin 65,6 faizi kişilər, 34,4 faizi isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,4 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 1 faiz, Türkiyəyə gedənlərin sayı 0,3 faiz azalıb.
Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,8 faizi dəmir yolu və avtomobil, 18,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.