30 04 2024-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsxak Hersoq Azərbaycanda yəhudi icmasının nümayəndələri ilə görüşüb

31.05.2023

Azərbaycanda səfərdə olan İsrail Prezidenti İsxak Hersoq yəhudi icması ilə görüşüb.

Bu barədə İsrailin dövlət başçısı öz "Twitter” səhifəsində məlumat yayıb.

"Bu səhər mən Azərbaycanda qədim yəhudi icması ilə görüşdüm. Tarix göstərir ki, yəhudi xalqı ilə azərbaycanlılar arasında münasibətlər dərin köklərə malikdir. Yüz illərdir ki, Azərbaycan yəhudiləri Azərbaycan mədəniyyətinin və siyasətinin zəngin toxumasının bir hissəsidir. Dinlərarası əməkdaşlıq, mədəniyyətlərarası tolerantlıq, hörmət irsi bu dövrdə xalqlarımız üçün zamanın tələbidir və hamımızın dünyaya verdiyi hədiyyədir”, - İsxak Hersoq qeyd edib.