09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Azərbaycanla İsrail arasında uçuşların sayının artırılması üçün göstərişlər verilib

30.05.2023

"Bu gün biz, həmçinin ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması imkanlarını da müzakirə etdik. Hazırda (ölkələrimiz arasında – red.) həftədə cəmi 4 reys yerinə yetirilir. Fikrimcə, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında söyləyib.

Həmçinin İsraildən daha çox turist dəvət etmək üçün orada mövcud olan təqdimat imkanlarının araşdırılması və Azərbaycandakı yəhudi icmasının çoxəsrlik həyatı haqqında ətraflı məlumat təqdim edilməsi (İsrail vətəndaşlarına – red.) barədə göstəriş verildiyini bildirən dövlətimizin başçısı bunun (Yəhudi icması - red.) ölkəmiz üçün böyük sərvət olduğunu deyib.