29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident: Azərbaycandakı yəhudilər bizim cəmiyyətimizdə həmişə aktiv rola malikdir

30.05.2023

İsraildə yaşayan Azərbaycan nümayəndələri ölkələrimiz arasında körpülərin inşa edilməsində vacib rol oynayırlar.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

"İsraildə yaşayan Azərbaycan nümayəndələri ölkələrimiz arasında körpülərin inşa edilməsində vacib rol oynayırlar. Azərbaycanlıların bütün dünyada diaspor təşkilatları var, lakin yalnız bir ölkədə - İsraildə onların böyük əksəriyyətini yəhudi mənşəli insanlar təşkil edir. Bu həqiqətən də bizim aramızda heç bir fərqin və ayrılığın olmadığının nümayişidir. Bizim qarşılıqlı əlaqə, dostluq, qarşılıqlı dəstəklə bağlı əsrlərə gedən tariximiz var. Azərbaycanın müstəqil ölkə olaraq sadəcə 31 yaşı olsa da, bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər bizim cəmiyyətimizin həmişə aktiv və görkəmli hissəsi olublar və bu, bu gün də belə qalır. Onlar ölkələrimiz arasında "mədəni körpülərdir”. Ona görə də, onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”, - dövlət başçısı qeyd edib.