29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə İsrail arasında çox fəal qarşılıqlı ünsiyyətə start verilib”

30.05.2023

"Bu yaxınlarda əməkdaşlığımızı genişləndirməyə başladığımız sahələrdən biri də kibertəhlükəsizlik sahəsidir. Biz çox şadıq ki, hazırda bu sahədə çox fəal qarşılıqlı ünsiyyətə start verilib”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında deyib.

Kibertəhlükəsizliyin hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: 
"Şübhəsiz ki, İsrail şirkətlərinin bu sahədə topladıqları böyük təcrübə bizim üçün də faydalı olacaqdır. Gənc nəslin nümayəndələrinə təlimlərin keçirilməsi və təhsil verilməsi məqsədlərimizə nail olmaq və bizi mövcud təhdidlərdən qorumaq üçün əsas amil olacaqdır”.