29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“İsrail Prezidentinin səfəri ikitərəfli münasibətlərimizi daha da gücləndirəcək”

30.05.2023

"İsrail Prezidentinin səfəri  ikitərəfli münasibətlərimizi daha da gücləndirəcək”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında deyib.

Hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: 
"Budəfəki rəsmi səfər çərçivəsində ikitərəfli münasibətlərimizin gündəliyindəki mühüm məsələləri nəzərdən keçirmək üçün daha çox imkanımız oldu. Şübhəsiz ki, bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq”.