ANAMA: Ötən həftə 271 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib - FOTO  
    
                          
     
                         30.05.2023
 
    
                        Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, mayın 22-dən 27-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 21 mina, tank əleyhinə 17 mina və 96 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.