29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident: “İsrail Prezidentinin səfəri ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək”

30.05.2023

"Əminəm ki, bu səfər (İsrail Prezidentinin səfəri – red.) ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə söyləyib.

İsrail Prezidenti ilə ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlər barədə çox yaxşı müzakirələrin aparıldığını söyləyən dövlətimizin başçısı deyib:
"Əminəm ki, heyət nümayəndələri ilə görüşlər, bilavasitə Sizinlə bu gün və sabah aparacağımız söhbət çərçivəsində geniş səpkidə məsələlər müzakirə olunacaq”.