29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya qırıcıları azərbaycanlıların sıx yaşadıqları şəhəri bombalayıb - VİDEO

30.05.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyev 31 İran dronunun hücumuna məruz qalıb.

"Dronların 29-u Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib”, - deyə jurnalist əlavə edib.

Həmçinin qeyd edilib ki, ötən sutkada Donetsk və Xarkov vilayətlərində Rusiya ordusunun 50-yə qədər hücumunun qarşısı alınıb.

O da bildirilib ki, Donetsk vilayətində azərbaycanlıların sıx yaşadıqları Toretsk şəhəri üç Rusiya qırıcısı tərəfindən bombardmana məruz qalıb.

Ətraflı videonu təqdim edirik: