28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Raket və Artilleriya Qoşunlarının təlimlərindən görüntülər - VİDEO

30.05.2023

Cari ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Raket və Artilleriya Qoşunlarının bölmələrində keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə nəzərdə tutulan tapşırıqları normativǝ uyğun yerinə yetiriblər.

Vətən müharibəsi və son əməliyyatlarda qazanılan təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr reaktiv yaylım atəşi sistemi və özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər.

Döyüş atışlı taktiki təlimlərdə şərti düşmənin idarəetmə məntəqələrinin, canlı qüvvəsinin və digər hədəflərinin aşkar edilməsi, eləcə də müəyyən olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar peşəkarlıqla icra olunub