29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əməkdar artist Elxan Qasımov ilə vida mərasimi keçirilir - FOTO

30.05.2023

Ötən gün vəfat edən Əməkdar artist Elxan Qasımov ilə vida mərasimi keçirilir.

"DM" xəbər verir ki, mərhumun yaşadığı evdə keçirilən vida mərasimində incəsənət xadimləri, Əməkdar artistin ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Mərasimdən sonra mərhum Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. 

"Əhməd haradadır” filmindən "sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, "Mozalan” süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.