08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putinin namizədliyi qanunsuzdur: SOBÇAK

15.02.2018

"Dövran Media" Ria.Novosti-yə istinadən bildirir ki, Rusiya dövlət başçılığına seçilmək istəyən Kseniya Sobçak Vladimir Putinin prezidentliyə namizəd kimi qeydiyyata alınmasına etirazı ilə bağlı Ali Məhkəməyə iddia qaldırıb. 
O, iddiasında bildirir ki, Putin öz namizədliyini irəli sürməkdə hec bir səlahiyyəti yoxdur. Belə ki, o, dəfələrlə bu vəzifədə olmuşdur. Konstitusiyanın 81-ci maddəsinə əsasən, eyni şəxs iki dəfədən artıq ardıcıl prezident vəzifəsi tuta bilməz. Boris Yeltsin 1991-ci və 1996-ci illərdə prezident postuna seçilib, Vladimir Putin 2000 və 2004-cü. Sonra prezident Dmitri Medvedev (2008) olub, 2012-ci ildə isə Putin ikinci dəfə yenidən seçilib, belə ki, artıq o, ikinci dəfə ardıcıl olaraq seçkilərə qatılır. Ali Məhkəmədən bildirilir ki, Sobcakin şikayəti alınıb birinci mərhələdə baxılacaq və ondan sonra iddianın qəbul edilib-edilməyəcəyi haqda qərar veriləcək . Mərkəzi Seçki Komissiyasının katibi Maya Qrişina isə RİA Novosti-yə bildirib ki, o bu iddianı görməyib, lakin qeyd olunan arqumentləri qeyri-qənaətbəxş adlandırıb. Sobçak prezidentin ünvanına dəfələrlə iddialarla cıxış edib. Qeyd edək ki, Rusiya Federasiyası Federal Vəkillər Palatasının dövlət katibi və Sobçakın vəkili Konstantin Dobrınin rejissor Oliver Stounun Putin sənədli filminin Birinci kanalda təkrar nümayişini seçkilər haqqında müəyyən olunmuş qanuna zidd hesab edir və bu barədə Mərkəzi Seçki Komissiyasına şikayət ediblər. Belə ki, fevralın 12-dən 15-dək federal TV efirində yayımlanan sənədli filmin ümumilikdə bütün seriyasının nümayişi dörd saat yarım vaxt aparır. Bu barədə Sobcakın saytında yerləşdirilmiş məlumatda deyilir.