29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lənkəranda çimərlikdə mina aşkarlanıb

29.05.2023

Lənkəranda Xəzər dənizinin sahilində mina tapılıb.

"Report”un cənub bürosunun məlumatına görə, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.

Əraziyə mütəxəssislər cəlb ediliblər. İnsanlar təxliyə edilərək ərazidə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib.

Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə suyun səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.