29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tunisdə iki turist təyyarəsi toqquşub: Ölənlər var

29.05.2023

Tunisin cənubundakı Tozer əyalətində iki yüngül turist təyyarəsi toqquşub.

Hadisə nəticəsində iki fransız turist ölüb, iki nəfər isə yaralanıb.

Bu barədə Tunisin mülki müdafiə məsələləri üzrə nümayəndəsi Moez Terea məlumat verib.

O bildirib ki, şənbə günü qəzaya uğrayan təyyarələrin qalıqları Şatt əl-Carid rayonuna yaxın ərazidə tapılıb.

"Biz ilk yüngül təyyarəni tamamilə yandıqdan sonra tapdıq, içərisində iki yanmış cəsəd var idi. Təxminən 3 kilometr aralıda da içərisində iki yüngül yaralı olan ikinci təyyarəni aşkarladıq”, - deyə o bildirib.
Moez Terea qeyd edib ki, ölən fransızlar 78 və 55 yaşlarında olublar.

Onun sözlərinə görə, qəzaya ərazidə keçirilən yüngül aviasiya yarışı səbəb olub.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Newsk.news