30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident : “Laçın şəhərinin bugünkü siması göstərir ki, biz qurub-yaradan xalqıq”

28.05.2023

"Laçın şəhərinin bugünkü siması, - halbuki qeyd edirəm, bu, sadəcə olaraq birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib.

Laçın rayonunda, eyni zamanda, Kəlbəcər rayonunda ermənilərin qanunsuz məskunlaşma apardıqlarını söyləyən dövlətimizin başçısı qeyd edib ki, bu, beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır.
"Ancaq onların hansı vəziyyətdə yaşamalarını mən buraya sentyabr ayında gələndə gördüm. Onların özləri üçün qurduqları şəraiti mən heç nə ilə müqayisə edə bilmirəm. Çünki insan o şəraitdə necə yaşayıb, onu yəqin ki, ancaq özləri bilə bilər”, - deyə Prezident İlham Əliyev bildirib.