28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xaçmazda qaz xəttinə hava vurulduğu iddia edilir - VİDEO

26.05.2023

"Qaz xəttinə hava vurulur”.

"Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Xaçmaz sakini iddia edir ki, abonentlərin istifadəsində olan qaz xəttinə müdaxilə edilib.

Daha dəqiq desək, qaz üçün nəzərdə tutulan xəttə hava vurulur.

Xaçmaz sakinləri, həmçinin mavi yanacaq verilişində fasilələr olduğunu da iddia edirlər.

"Azəriqaz” İstehsalat Birliyinin Texniki istismar şöbəsinin böyük mühəndisi Pərviz Nəbiyev qeyd edib ki, payız-qış mövsümünə hazırlıq məqsədilə istehlakçıların təbii qazla təhlükəsiz və fasiləsiz təmin olunması üçün daşıyıcı qaz kəmərlərinin kipliyə sınaq işləri həyata keçirilir.
Bəs qaz xəttinə hava niyə vurulur? Buna görə abonentlərə əlavə ziyan dəyirmi?

Pərviz Nəbiyev bildirib ki, boruların mövsümə hazırlanması prosesində əgər sızma aşkar olunmasa, vətəndaşlar yenidən mavi yanacaqla təmin olunurlar.

Mövzu ilə bağlı daha ətraflı videosüjetdə: