27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda sürücü piyadanı vurmamaq üçün maşını dirəyə çırpıb - VİDEO

26.05.2023

Bakı şəhərində piyadanın səhvi ucbatından ağır yol-nəqliyyat hadisəsi baş verib.

"DM" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, hadisə paytaxtın Heydər Əliyev prospekti ərazisində, yeraltı piyada keçidinin üstündə baş verib. Belə ki, yolu keçmək istəyən piyadanı vurmamağa çalışarkən sürücü avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı dirəyə çırpılıb.
Sürücünün vəziyyətinin ağır olduğu qeyd edilir.

Sözügedən görüntüləri təqdim edirik: