28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı və İrəvan iyunun 1-də saziş imzalaya bilər

26.05.2023

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti zamanı sülh sazişi imzalaya bilər.

"DM" xəbər verir ki, bu barədə "Röyters” Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadla məlumat yayıb.

"Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh müqaviləsi imzalanacaq. Bu, qaçırılmaması lazım olan tarixi məqamdır”, - Abdullayeva bildirib.

Agentliyin dioplomatik mənbələrə istinadla yaydığı məlumata görə, sammitdə İlham Əliyev və Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə görüşəcəklər.