27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiri üçün vəsait ayırıb

26.05.2023

Prezident İlham Əliyev "Zəngilan rayonunda Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 kilometr uzunluğunda mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.