28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və Almaniya hərbçilərinin işçi görüşü olub - FOTO

26.05.2023

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında "Əməkdaşlıq danışıqları” tədbirləri çərçivəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bu ölkənin Strateji Kommunikasiya Məsələləri üzrə bir qrup zabiti ilə işçi görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının icrası ilə bağlı yaradılmış işçi qrupunun iştirakı ilə keçirilən görüşdə almaniyalı nümayəndələrə nazirliyin kommunikasiya sahəsində fəaliyyəti, o cümlədən 44 günlük Vətən müharibəsində informasiya və psixoloji əməliyyatlara qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.

Qonaqlar Strateji Kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr işinin təşkili və digər mövzulara dair brifinqlər təqdim ediblər.

Görüşdə kommunikasiya sahəsində təcrübə mübadiləsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin mətbu orqanlarında, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də, "İctimai Televiziya və Radio Yayımları" Şirkətində və Bakı Media Mərkəzində olublar. Qonaqlara burada hərbi vətənpərvərlik sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verilib.