28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağdan Ermənistana qanunsuz silah daşıyan şəxslərə yeni hökm oxunub

26.05.2023

Ermənistan Apellyasiya Məhkəməsi Qarabağda 44 günlük müharibə zamanı onlarla atıcı silah və sursatın qanunsuz əldə edilməsi və saxlanmasında təqsirli bilinən 3 nəfərin cəzasını dəyişib.

"DM" Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun üçün məhkəmə Baş Prokurorluğun vəsatətini qismən təmin edib, birinci instansiya məhkəməsinin qərarını qismən ləğv edib.

Cinayət işinin materiallarına görə, müharibə illərində Cəbrayıl rayonu ərazisində döyüş bölgəsinə gedən A.B. adlı şəxs Ermənistana daşınması və sonradan satılması üçün 45 "Kalaşnikov” avtomatı, 2 mindən çox patron əldə edib.

Bu işdə ona S.Q və S.B adlı dostları yardımçı olub.

Məhkəmənin hökmü ilə A.B adlı vətəndaş beş il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilib və üç il müddətinə azadlıqdan məhrum edilib. S.Q 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, S.B isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq hökmlərdən apellyasiya şikayəti verib, nəticədə onların cəzaları bir qədər sərtləşdirilib.