02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Finlandiya Ukraynaya 16-cı hərbi yardım paketini elan edib

25.05.2023

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini elan edib.

"DM" xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezidenti hökumətin təklifi əsasında bu gün bu məsələ ilə bağlı qərar imzalayıb.

Bu, Finlandiyadan Ukraynaya göndərilən on altıncı müdafiə yardımı paketidir. Nazirlik bildirib ki, hərbi yardım paketinə zenit silahları və döyüş sursatları daxildir. Hərbi yardımın 109 milyon avroya başa gələcəyi qeyd olunub.

"Finlandiya beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynanı dəstəkləməyə davam edəcək. Finlandiyanın Ukraynaya göndərdiyi bütün müdafiə yardım paketlərinin dəyəri hazırda 1,1 milyard avro təşkil edir", - müdafiə naziri Antti Kaykkonen bildirib.

Əməliyyat səbəblərinə görə və yardımın təhlükəsiz çatdırılmasına zəmanət vermək üçün yardımın konkret məzmunu, çatdırılma marşrutu barədə əlavə məlumat verilməyəcəyi qeyd olunub.