30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev Türkmənistandadır- YENİLƏNİB

21.11.2018

 Prezident İlham Əliyev Aşqabadda "Xalq xatirəsi" memorial kompleksini ziyarət edib. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda "Xalq xatirəsi" memorial kompleksini ziyarət edib.
Kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb.
"Dövran Media" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Əbədi şöhrət" abidəsinin önünə əklil qoydu.
Sonra dövlətimizin başçısı "Vətən müqəddəsliyi" muzeyi ilə tanış olub.
Muzeydə Göytəpə döyüşlərinin maketi quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar, həmçinin digər eksponatlar nümayiş olunur.
Dövlətimizin başçısı 1881-ci ildə baş vermiş Göytəpə döyüşlərinin instalyasiyasına baxdı. Muzeydə, eyni zamanda, İkinci Dünya müharibəsi, onun qəhrəmanları, həmçinin həmin müharibə zamanı hərbçilərin istifadə etdikləri geyimlər, silah-sursat və digər eksponatlar sərgilənir.
Muzeyin növbəti bölməsi 1948-ci ildə Aşqabadda baş verən zəlzələyə həsr olunub. Burada həmin zəlzələ zamanı dağılan binaların qalıqları təqdim edilir.
Türkmənistanın inkişafına həsr olunan bölmədə müasir Aşqabadın görkəmini əks etdirən fotolar nümayiş etdirilir.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
16:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib.
"Dövran Media" xəbər verir ki, Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, Xarici İşlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.