03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna 106 hərbçisini Rusiya əsirliyindən qaytarıb

25.05.2023

Ukrayna 106 hərbçisini Rusiya əsirliyindən qaytarıb.

"DM" Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahına istinadən xəbər verir ki, əsirlikdən qaytarılanların 8-i zabit, 98-i isə əsgər və çavuşdur.

Hərbçilərin hamısı Baxmut istiqamətində döyüşüblər.

Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı bildirib ki, əsirlikdən azad edilənlərdən 68-i itkin düşmüş hesab edilirdi.

"Xilas edilmiş yeddi hərbçinin müxtəlif xəsarətləri var: güllə və qəlpə yaraları, yanıqlar və sınıqlar, ağırlaşmış xroniki xəstəliklər. Hərbçilərdən ən yaşlısının 59, ən gəncinin 21 yaşı var.

Mübadilə nəticəsində üç cəsəd - iki əcnəbi və bir ukraynalı qadının cəsədi də qaytarılıb.

Ümumilikdə, indiyə qədər əsir mübadiləsi nəticəsində 2 430 ukraynalı artıq evlərinə qayıdıb. Onların arasında 139 mülki şəxs də var".