03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin deputatları Türkiyədə prezident seçkilərini müşahidə edəcəklər

25.05.2023

Milli Məclisin bir qrup deputatı Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Anar Məmmədov TÜRK PA, deputat, ATƏT PA-da Azərbaycan nümayəndə heyəti rəhbəri Azay Quliyev isə ATƏT PA xətti ilə Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər mayın 29-da başa çatacaq.