24 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 11 milyon dollar ayırıb

25.05.2023

2020-ci il münaqişəsindən sonra BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə yardım məqsədilə 11 milyon dolların səfərbər edilməsinə yardım edib.

"DM" xəbər verir ki, bunu Ağdamda keçirilən II Beynəlxalq mina fəaliyyəti konfransında BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyevka deyib. O, BMT-nin Azərbaycan ofisinin 1999-cu ildən bəri ANAMA ilə tərəfdaşlıq etdiyini xatırladıb.

"Avropa İttifaqının (AI), Böyük Britaniya hökumətinin, digər tərəfdaşların və BMT-nin daxili resurslarının maliyyə dəstəyi ilə üç BMT agentliyi - BMTİP, UNICEF və BMT QAK instusional gücləndirmə, texniki təcrübənin təmin edilməsi və partlayıcı sursat riski ilə bağlı təhsil vasitəsilə ANAMA-nın mina fəaliyyəti səylərini dəstəkləyir. Azərbaycan da daxil olmaqla minala məruz qalmış ölkələrdə mina fəaliyyəti dayanıqlı inkişaf və davamlı sülh üçün fundamental tələbdir”, - Vladanka Andreyevka deyib.