02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elnur Soltanov: Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək

25.05.2023

İşğaldan azad edilmiş ərazilərdə yüksəkvoltajlı sisteminin qurulması demək olar ki, başa çatıb.

"DM" xəbər verir ki, bunu İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri üzrə işçi qrupun Şuşa şəhərində keçirilən növbəti iclası zamanı çıxış edən Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov deyib.

Elnur Soltanov bildirib ki, qeyd olunan sistemin halqa halında fəaliyyət göstərilməsi bir neçə ayın söhbətidir: "Laçın şəhərində xüsusən görülən işlər başa çatdıqdan sonra bir halqa yaranacaq. Halqanın yaranması dayanıqlıq nöqteyi nəzərindən çox vacib məsələdir".

Nazir müavini onu da qeyd edib ki, azad edilmiş ərazilərdə energetika sahəsində işlər sürətlə və keyfiyyətlə davam etdirilir.

Qazlaşdırma məsələlərinə toxunan E. Soltanov əlavə edib ki, Şuşa şəhərinə qazın çəkilişi də təmin ediləcək və 5 ana magistral qaz kəmərlərindən biri Şuşa istiqamətində yönəldiləcək.