09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Zelenskinin administrasiyası Ukraynanın əks-hücuma başladığını təsdiqləyib

25.05.2023

 Zelenskinin administrasiyası Ukraynanın əks-hücuma başladığını təsdiqləyib.

"DM" xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın "Rai” telekanalına müsahibəsində bildirib.

O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gündür ki, davam edir.

"Artıq bir neçə gündür əks-hücum gedir, sərhədin 1500 kilometrliyində gərgin müharibə gedir, hücumlar artıq başlayıb", - Podolyak bildirib.

Podolyak Ukraynanın Rusiya ərazisinə qarşı Qərb silahlarından istifadə etməyəcəyini, lakin Krımı və Donbası azad etmək üçün Rusiya ordusuna qarşı bu silahlardan istifadə ediləcəyini vurğulayıb.

"Biz Rusiya ərazisini vurmaq istəmirik, sizin verdiyiniz silahlardan Moskvanın işğal etdiyi ərazilərdə, həmçinin Donbas və Krımdakı Rusiya mövqelərini məhv etmək üçün istifadə edəcəyik", - Podolyak deyib.