30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azəri Messi “Beşiktaş”da

21.11.2018

"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, Türkiyənin "Beşiktaş” klubu "Sumqayıt” futbol klubunun 12 yaşadək futbolçulardan ibarət komandasının üzvü Nihat Əhmədzadəni heyətinə qatıb.
"Sumqayıt” futbol klubunun mətbuat xidmətindən bildirilib ki, 12 yaşlı futbolçu bundan sonra "Beşiktaş”ın futbol akademiyasında oynayacaq.
Nihat Əhmədzadə "Mançester Yunayted Futbol Məktəbi”nə seçimlərdə də iştirak edib.
Qeyd edək ki, Türkiyə mətbuatı Nihatı Azərbaycanın Lionel Messisi (Azəri Messi) adlandırıb və "Beşiktaş Azəri Messiyi transfer etdi” başlıqlı materiallar dərc edib.